ABŞ-ın Texas ştatında baş vermiş atışma nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Odessa şəhərinin yerli polisinə istinadən "Associated Press" məlumat yayıb.
Bildirilir ki, hazırda azı bir nəfər kritik vəziyyətdədir.
Yerli hakimiyyət dairələri hücum edən şəxsin öldürülməzdən əvvəl 20-dən çox insana atəş açdığını bildirilir.