Texasda atışma zamanı 2-i polis zabiti olmaqla, 3 nəfər xəsarət alıb

Texasda atışma zamanı 2-i polis zabiti olmaqla, 3 nəfər xəsarət alıb Bakı. 25 aprel. REPORT.AZ/ ABŞ-ın Texas ştatında atışma olub.
Digər ölkələr
25 Aprel , 2018 03:17
Texasda atışma zamanı 2-i polis zabiti olmaqla, 3 nəfər xəsarət alıb
Foto: "AFP"

Bakı. 25 aprel. REPORT.AZ/ ABŞ-ın Texas ştatında atışma olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Dallas şəhərində baş verib.

Şəhərin Polis İdarəsinin "Twitter"də yaydığı məlumata görə, atışma zamanı idarənin iki zabiti yaralanıb. Onların vəziyyətinin kritik olduğu bildirilir.

Polisin məlumatına görə, hadisə zamanı 1 dinc sakin də xəsarət alıb. Hələlik onun səhhəti barədə məlumat yoxdur. 

Son xəbərlər

Orphus sistemi