Yuxarı

Texasda 5 nəfər evdə güllələnərək qətlə yetirilib - VİDEO

Bakı. 12 fevral. REPORT.AZ/ ABŞ-ın Texas ştatının cənub-şərqində yerləşən Polk dairəsindəki fərdi evlərdən birində azı 5 nəfər qətlə yetirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştat polisi məlumat yayıb.

Bildirilir ki, kütləvi qətl barədə məlumat yerli vaxtla 10.32-də daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları bir neçə nəfərin odlu silahla qətlə yetirildiyini təsdiq ediblər.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi