Yuxarı

Texas sahillərində tropik "İmelda" qasırğası əmələ gəlib

​Texas sahillərində tropik "İmelda" qasırğası əmələ gəlib

ABŞ-ın Texas ştatı sahillərində siklon "İmelda" adı verilən tropik qasırğa səviyyəsinə çatıb.

"Report" RİA "Novosti" yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Milli Qasırğa Mərkəzi (National Hurricane Center) məlumat yayıb.

Mövsümün on birinci siklonu çərşənbə axşamı günortadan sonra Texas sahillərinə yaxınlaşıb.

Mərkəzin məlumatına görə, o, tropik qasırğa gücünə yiyələnib və saatda 11 kilometr sürətlə şimala doğru irəliləyir, küləyin ən yüksək gücü saatda 55 kilometrə çatır.

Son məlumatlara görə, fırtına Friport yaşayış məntəqəsindən 25 kilometr və Texas sahillərindəki Qalveston şəhərindən isə 90 kilometr məsafədədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi