Yuxarı

Nigeriyada "Boko Haram" terrorçuları hərbçilərə hücum edib, ölənlər və yaralananlar var

Bakı. 18 fevral. REPORT.AZ/ Nigeriyada "Boko Haram" terrorçuları hərbçilərə hücum edib.

Bu barədə "Report" "Habertürk"ə istinadən xəbər verir.

Nigeriya ordusunun rəsmisi Sagir Musa bildirib ki, hücum ölkənin şimal-şərqində, Yobe əyalətində baş verib. Buni Yadoda terrorçularla atışma zamanı 4 hərbçi həlak olub, habelə daha 5 əsgər xəsarət alıb.

Atışma zamanı 5 terrorçu öldürülüb. Sagir Musa terrorçulara məxsus çoxlu sayda motosikletin və döyüş sursatın ələ keçirildiyini bildirib.

Nigeriyada "Boko Haram" terrorçularının 2000-ci ilin əvvəllərindən davam edən hücumları nəticəsində 20 mindən çox insan həlak olub. 

Daha əvvəl Nigeriyada silahlıların hücumu zamanı 66 nəfər öldürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi