Terrorçulara saxta sənəd hazırlamaqda şübhəli bilinən şəxs İtaliyada tutulub

Terrorçulara saxta sənəd hazırlamaqda şübhəli bilinən şəxs İtaliyada tutulub Belçika rəsmiləri onu həbsinə dair qərarı artıq qəbul edib
Digər ölkələr
27 Mart , 2016 05:07
Terrorçulara saxta sənəd hazırlamaqda şübhəli bilinən şəxs İtaliyada tutulub

Bakı. 27 mart. REPORT.AZ/ İtaliyanın cənubundaki Salerno şəhərində Paris və Brüsseldə törədilən qanlı hücumlarda iştirak edən terrorçulara saxta sənəd hazırlamaqda şübhəli bilinən şəxs tutulub. "Report"-un BBC-yə istinadən verdiyi xəbərə görə, saxlanılan şəxsin adı artıq məlumdur - Camal Eddin Uali.

Belçika rəsmiləri onu həbsinə dair qərarı artıq qəbul edib.

Hücumlarla bağlı üç ölkədə - Belçika, Fransa və Almaniyada 12 nəfər həbs edilib. Onlardan bəziləri daha sonra azad edilib.

Son xəbərlər

Orphus sistemi