Terrorçular Kabildə Əfqanıstan ordusunun təlim mərkəzinə hücum edib

Terrorçular Kabildə Əfqanıstan ordusunun təlim mərkəzinə hücum edib Bakı. 16 avqust. REPORT.AZ/ Kabildə bir qrup naməlum silahlı şəxs Əfqanıstan Milli Ordusunun təlim mərkəzinin binasına hücum edib.
Digər ölkələr
16 Avqust , 2018 11:28
Terrorçular Kabildə Əfqanıstan ordusunun təlim mərkəzinə hücum edib

Bakı. 16 avqust. REPORT.AZ/ Kabildə bir qrup naməlum silahlı şəxs Əfqanıstan Milli Ordusunun təlim mərkəzinin binasına hücum edib.

"Report" "TOLO News"a istinadən xəbər verir ki, bunu yerli Polis İdarəsindən bildiriblər.

Ölən və yaralananlar barədə hələlik məlumat verilməyib.

KİV-in yazdığına görə, ərazidə terrorçularla hökumət qüvələri arasında toqquşmalar baş verib. 

Hələlik bölgədə fəaliyyət göstərən qruplaşmalardan heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi