​Terrorçu PKK-nın Suriayadkı qolu Cenevrədəki danışıqlara dəvət edilməyəcək

​Terrorçu PKK-nın Suriayadkı qolu Cenevrədəki danışıqlara dəvət edilməyəcək Türkiyə rəsmiləri terrorçu qruplaşmanın Cenevrədəki danışıqlara dəvət edilməsi ilə razılaşmayacaqlarını bildirmişdilər
Digər ölkələr
27 Yanvar , 2016 12:38
​Terrorçu PKK-nın Suriayadkı qolu Cenevrədəki danışıqlara dəvət edilməyəcək

Bakı. 27 yanvar. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD" ("Demokratik Birlik Partiyası") Suriayadakı vəziyyətin tənzimlənməsinə dair Cenevrədə keçiriləcək danışıqlara dəvət edilməyəcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Fransanın Xairici İşlər Nazirliyi məlumat yayıb.

"BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Stefan de Mistura "PYD"nin Cenevrədəki görüşlərə dəvət edilməyəcəyinin söyləyib", - deyə Fransa XİN-in bəyanatında bildirilib.

Xatırladaq ki, Türkiyə rəsmiləri terrorçu PKK-nın Suriyadakı qolunun danışıqlara dəvət olunacağı halda Cenevrədə keçiriləcək müzakirələri boykot edəcəklərini bildiriblər. 

Son xəbərlər

Orphus sistemi