Terror fəaliyyətində şübhəli bilinən şəxs Londondan Türkiyəyə uçmağa hazırlaşarkən saxlanılıb

Terror fəaliyyətində şübhəli bilinən şəxs Londondan Türkiyəyə uçmağa hazırlaşarkən saxlanılıb İlkin məlumata görə, o, Suriyaya getməyi planlaşdırıb
Digər ölkələr
24 May , 2017 09:47
Terror fəaliyyətində şübhəli bilinən şəxs Londondan Türkiyəyə uçmağa hazırlaşarkən saxlanılıb
Bbc.com

Bakı. 24 may. REPORT.AZ/ London polisinin terrorla mübarizə bölməsinin əməkdaşları paytaxtın Stansted aeroportunda Türkiyəyə uçmaq üzrə olan terror fəaliyyətində şübhəli bilinən şəxsi saxlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, adı açıqlanmayan 37 yaşlı şəxs təyyarəyə minməyə hazırlaşdığı zaman saxlanılıb.

İlkin məlumatlara görə, o, Suriyaya getməyi planlaşdırıb.

Böyük Britaniyada qüvvədə olan terror fəaliyyəti ilə bağlı Akta uyğun olaraq, həmin şəxs həbs olunub və polis bölməsinə aparılıb. Hazırda polis şəhərin şimalında iki ünvanda axtarışlar aparır.

Son xəbərlər

Orphus sistemi