Yuxarı

Tereza Mey: "Suriyaya qarşı əməliyyat rejimin dəyişdirilməsinə yönəlməyib"

Tereza Mey: "Suriyaya qarşı əməliyyat rejimin dəyişdirilməsinə yönəlməyib"
Söhbət regionda gərginliyin artmasına səbəb olmaycaq məhdud və konkret zərbələrdən gedir

Bakı. 14 aprel. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib ki, ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada başladılan hərbi əməliyyatlar ölkədə rejimin dəyişdirilməsinə yönəlməyib, onun məqsədi gərginliyin və dinc əhali arasında itkilərin azaldılmasına yönəlmiş məhdud zərbələr endirməkdir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Meyin bəyanatında deyilir.

"Söhbət vətəndaş müharibəsi salmaq, rejimi dəyişdirməkdən getmir. Söhbət regionda gərginliyin artmasına səbəb olmaycaq məhdud və konkret zərbələrdən gedir", - deyə baş nazir bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi