Tereza Mey parlamentə "Brexit" üzrə "B planı"nı təklif edib

Tereza Mey parlamentə "Brexit" üzrə "B planı"nı təklif edib Bakı. 22 yanvar. REPORT.AZ/ Səsvermə uğursuzluğundan sonra Britaniyanın baş naziri Tereza Mey parlamentə Brexit üzrə yeni plan təklif edib.
Digər ölkələr
22 Yanvar , 2019 02:42
Tereza Mey parlamentə Brexit üzrə B planını təklif edib

Bakı. 22 yanvar. REPORT.AZ/ Səsvermə uğursuzluğundan sonra Britaniyanın baş naziri Tereza Mey parlamentə "Brexit" üzrə yeni plan təklif edib.

"Report" "Sky News" telekanalına istinadən xəbər verir ki, Birləşmiş Krallığın Avropa İttifaqından (Aİ) çıxması üzrə "B planı" ilkin variantından çox az fərqlənir.

Demək olar ki, yeganə fərq, Böyük Britaniyada qalmaq istəyən Aİ vətəndaşları üçün 65 funt məbləğində yığımların ləğvi təklifidir.

Meyin sözlərinə görə, onun rəhbərlik etdiyi hökumət öz siyasətini dəyişib və bundan sonra xalq nümayəndələrinin fikirlərinə daha fəal diqqət yetirəcək. Hökumət bunun üçün nadir qanunverici mexanizmə – parlament təklifinə əl atıb və "Brexit" layihəsinə yeni ideyaların tətbiq edilməsini gözləməklə, onu faktiki olaraq deputatlar üçün "şikayət kitabçası"na çevirib.

Lakin bununla yanaşı o bildirib ki, bütün şəffaflığa baxmayaraq, onun komandası "Brexit"lə bağlı təkrar referendumun keçirilməsi, Britaniyanın Aİ-dən çıxma tarixinin dəyişdirilməsi, həmçinin 1998-ci il tarixində imzalanmış Şimali İrlandiyada münaqişənin siyasi nizamlanmasına dair Belfast sazişinə dəyişikliklər edilməsinə razılaşmayacaq.

Son xəbərlər

Orphus sistemi