Tereza Mey DİN rəhbərinin istefasını qəbul edib

Tereza Mey DİN rəhbərinin istefasını qəbul edib Bakı. 30 aprel. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri Tereza Mey DİN rəhbəri Ember Raddın istefasını qəbul edib.
Digər ölkələr
30 Aprel , 2018 04:48
Tereza Mey DİN rəhbərinin istefasını qəbul edib

Bakı. 30 aprel. REPORT.AZ/ Böyük Britaniyanın baş naziri Tereza Mey DİN rəhbəri Ember Raddın istefasını qəbul edib.

"Report" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Nəşrin məlumatına görə, baş nazirin yaxın tərəfdarı Radd öz vəzifəsini Daxili İşlər Nazirliyinin iştirakı olan, ölkədə yarım əsrdən şox yaşayan miqrantların deportasiyası qalmaqalına görə tərk edib. Qalmaqalın kökləri məhz Meyin DİN-ə rəhbərliyi dövrünə gedib çıxır.

Müşahidəçilərin fikrincə, Radd öz rəhbərini zərbə altına qoymamaq üçün karyerasını qurban verib.

Ekspertlər hesab edir ki, bu istefa Meyin mövqelərini zəiflədəcək. 

Son xəbərlər

Orphus sistemi