Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb - VİDEO
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb - VİDEOBakı. 13 dekabr. REPORT.AZ/ Tereza Mey ölkənin Avropa İttifaqından çıxması ilə bağlı (Brexit) etimad göstərmək məsələsinə dair səsvermədə qalib gəlib və Böyük Britaniyanın baş naziri vəzifəsində qalıb.
Bakı. 13 dekabr. REPORT.AZ/ Tereza Mey ölkənin Avropa İttifaqından çıxması ilə bağlı ("Brexit") etimad göstərmək məsələsinə dair səsvermədə qalib gəlib və Böyük Britaniyanın baş naziri vəzifəsində qalıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, çərşənbə günü keçirilən gizli səsvermə zamanı mühafizəkar deputatların böyük əksəriyyəti Meyi dəstəkləyib.
Onların 200 nəfəri hazırkı baş nazirin lehinə, 117-si isə əleyhinə səs verib.
Bundan əvvəl Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının Rəhbər Komitəsinin sədri Qrem Bredi ölkənin Baş naziri Tereza Meyə qarşı etimadsızlıq məsələsi (votumu) üzrə səsvermə proseduruna başlandığını bildirib.
BREAKING: Theresa May keeps her leadership after winning a vote of confidence after a secret ballot.