Yuxarı

Tereza Mey "Brexit"lə bağlı təcili iclas keçirib

​Tereza Mey "Brexit"lə bağlı təcili iclas keçirib

Böyük Britaniyanın baş naziri Tereza Mey Bakinhemşir qraflığındakı şəhərkənarı Çekers iqamətgahında "Brexit"ə həsr olunmuş təcili iclas keçirib.

“Report” xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

Britaniya mətbuatının yazdığına görə, iclas iştirakçıları arasında Mey aparatının rəhbəri Devid Lidinqton, "Brexit" üzrə nazir Stiven Barkli və ətraf mühit naziri Maykl Qouv, həmçinin Mühafizəkarlar Partiyasının bir neçə üzvü olub.

Ötən gün Londonda "Brexit"ə qarşı bir milyon nəfərin iştirakı ilə yürüş keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi