​Tel-Əvivin mərkəzində terror aktı zamanı 4 nəfər ölüb

​Tel-Əvivin mərkəzində terror aktı zamanı 4 nəfər ölüb Silahlı şəxslər yoldan keçənlərə atəş açıb
Digər ölkələr
9 İyun , 2016 01:56
​Tel-Əvivin mərkəzində terror aktı zamanı 4 nəfər ölüb

Bakı. 9 iyun. REPORT.AZ/ İsrailin paytaxtı Tel-Əvivin mərkəzində naməlum şəxslər yoldan keçənlərə atəş açıb.

"Report" "Haaretz"ə istinadən xəbər verir ki, terror aktı nəticəsində 4 nəfər ölüb, ən azı 4 nəfər yaralanıb.

İnsident "Sarona" ərzaq bazarı ərazisində baş verib.

Polis hücum edənlərdən ikisini yaxalayıb, onlardan biri yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi