Təhlükəsizlik Şurasında BMT-nin növbəti baş katibinin namizədliyi üzrə ilkin səsvermənin üçüncü mərhələsi keçirilib

Təhlükəsizlik Şurasında BMT-nin növbəti baş katibinin namizədliyi üzrə ilkin səsvermənin üçüncü mərhələsi keçirilib Hazırda BMT baş katibi vəzifəsinə rəsmi olaraq 10 namizəd iddia edir
Digər ölkələr
30 Avqust , 2016 09:43
Təhlükəsizlik Şurasında BMT-nin növbəti baş katibinin namizədliyi üzrə ilkin səsvermənin üçüncü mərhələsi keçirilib

Bakı. 30 avqust. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurasında qurumun növbəti baş katibinin namizədliyi üzrə ilkin səsvermənin üçüncü mərhələsi keçirilib.

"Report" xəbər verir ki, bu prosedur bağlı qapılar arxasında keçirilib.

Hazırda BMT baş katibi vəzifəsinə rəsmi olaraq 10 namizəd iddia edir. Onlardan 6-sı Şərqi Avropadandır: Srcan Kərim (Makedoniya), Danilo Türk (Sloveniya), İrina Bokova (Bolqarıstan), Natalya German (Moldova), Vuk Yeremiç (Serbiya) və Miroslav Layçak (Slovakiya). Namizədlər siyahısında həmçinin Antoniu Qutyerreş (Portuqaliya), Helen Klark (Yeni Zelandiya), Susana Malkorra (Argentina) və Kristina Fiqeres (Kosta-Rika) da var.

Xatırladaq ki, daha əvvəl namizədlərin sayı 12 idi. Amma Vesna Pusiç (Xorvatiya) və İqor Lukşiç (Monteneqro) bir müddət əvvəl seçkiqabağı yarışdan imtina edib.

Qeyd edək ki, BMT baş katibi Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında BMT Baş Assambleyası tərəfindən təyin edilir.

O da vurğulanmalıdır ki, Təhlükəsizlik Şurasında buna qədər artıq səsvermənin iki mərhələsi keçirilib. Bundan əlavə, hər bir namizəd Baş Assambleyanın üzvləri ilə qeyri-rəsmi dialoqda iştirak edib, vətəndaş cəmiyyətlərinin nümayəndələrinin suallarını cavablandırıb, BMT əməkdaşlarıyla görüş keçirib.

Son xəbərlər

Orphus sistemi