Təbii fəlakətlər ötən il ABŞ-a ölkə tarixində ən böyük ziyanı vurub

Təbii fəlakətlər ötən il ABŞ-a ölkə tarixində ən böyük ziyanı vurub 2017-ci ildə qasırğaların vurduğu zərər 265 milyard dollar təşkil edib
Digər ölkələr
9 Yanvar , 2018 16:50
Təbii fəlakətlər ötən il ABŞ-a ölkə tarixində ən böyük ziyanı vurub

Bakı. 9 yanvar. REPORT.AZ/ Təbii fəlakətlər 2017-ci ildə ABŞ-a ölkə tarixində ən böyük ziyanı vurub.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ Administrasiyasının hesabatında deyilir.

Qeyd olunur ki, yanğınlar, buzlaşmalar, daşqınlar və qasırğalar ölkəyə 306 milyard dollar bahasına başa gəlib. Bu, 2005-ci ildə qeydə alınmış əvvəlki "rekord"dan (215 milyard ABŞ dolları) xeyli çoxdur.

Məlumata görə, 2017-ci ildə yalnız qasırğaların vurduğu zərər 265 milyard dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi