Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 4-ə çatıb, 219 yaralı var - VİDEO - YENİLƏNİB-4

Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 4-ə çatıb, 219 yaralı var - VİDEO - YENİLƏNİB-4 Daha 173 nəfər ilə əlaqə kəsilib
Digər ölkələr
7 Fevral , 2018 07:13
Tayvanda zəlzələ nəticəsində ölənlərin sayı 4-ə çatıb, 219 yaralı var - VİDEO - YENİLƏNİB-4

Bakı. 7 fevral. REPORT.AZ/ Tayvanın şərq hissəsində yerləşən Hualyan şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 4 nəfərə qədər artıb.

“Report” xəbər verir ki, bu barədə "Sina" informasiya portalına istinadən TASS məlumat yayıb.

Təbii fəlakət nəticəsində 219 nəfər xəsarət alıb, 173 nəfərlə əlaqə yaratmaq mümkün deyil.


***00:49

Bakı. 7 fevral. REPORT.AZ/ Tayvanda baş verən güclü zəlzələ nəticəsində yaralananların sayı 202 nəfərə çatıb, daha 2 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə "China Global Television Network" məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar zamanı hərbi hospital da daxil olmaqla 5 bina dağılıb və ya qismən zərər çəkib.

Bundan əlavə, 702 yaşayış evi işıqsız qalıb.

Əvvəl 188 nəfərin xəsarət aldığı bildirilirdi.


***23:26

Bakı. 6 fevral. REPORT.AZ/ Tayvanın şərqində yerləşən Hualyan şəhərində baş vermiş güclü zəlzlə nəticəsində 2 nəfər ölüb, 100-dən çox insan xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çinin CGTN dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, daha 29 nəfər xilasedicilərin səylərinə baxmayaraq, "Marshal" otelində çıxılmaz vəziyyətdə qalıb. Otelin binası qismən dağılıb və güclü yeraltı təkanlar nəticəsində otel şaquli vəziyyətdə əyilib.

KİV-in məlumatına görə, zəlzələ zamanı azı beş bina qismən dağılıb, körpülərə, asvalt örtüklərinə, səkilərə ziyan dəyib.

Axtarış-xilasetmə işlərinə təqribən 100 hərbçi cəlb olunub. Onlara daha 250 əsgərin qoşulacağı gözlənilir.


***21:09

Bakı. 6 fevral. REPORT.AZ/ Tayvanın şərqində 6,1 maqnituda gücündə baş vermiş zəlzələ nəticəsində otel binası uçub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə TVBS telekanalı məlumat yayıb.

Otel Hualyan qəzasında yerləşir. Hazırda tələfat barədə məlumat yoxdur.


***20:54

Bakı. 6 fevral. REPORT.AZ/ Tayvanın şərqində 6,1 bal gücündə zəlzələ baş verib.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar adanın şimal-şərqində - Hualyan şəhərində 5 km dərinlikdə qeydə alınıb.

Ölən və yaralananlar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib. 

Son xəbərlər

Orphus sistemi