Tayvan adasında 6,1 maqnitudalı zəlzələ baş verib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində Taibei şəhərində binalar silkələnib.
Hökumət metronun bağlanmasına və dəmir yolu rabitəsinin dayandırılmasına dair qərar qəbul edib. Yerli KİV-in məlumatına görə, iki malayziyalı turist Taroko Milli Parkında üstlərinə daş düşməsi ilə əlaqədar xəsarət alıb.
Əhalinin binalardan, eləcə də vətəndaşların təhsil müəssisələrindən təxliyyəsi həyata keçirilir, xüsusi qərargah yaradılıb.
Çin Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 6,7-dən yüksək olub.
Eyni zamanda Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı zəlzələnin episentrinin Tayvanın şərq sahillərindəki Hualyan şəhərindən 19 km şimal-şərqdə yerləşdiyini bildirib. Zəlzələnin episentrindəki təkanlara görə, o, "dağıdıcı" kimi qiymətləndirilir.
#Latest on Taiwan earthquake: - Tremor felt in Fujian and Zhejiang provinces - Taiwan's high-speed rail shut down for at least 20 min - People reportedly trapped in Taiwan's Hualien County - Two tourists reportedly injured by falling stones in Taroko park pic.twitter.com/dpdghdpdPL