Tayvanda atışma olub: ölən və yaralananlar var

Tayvanda atışma olub: ölən və yaralananlar var Hadisə zamanı 1 nəfər öldürülüb, 5 nəfər yaralanıb
Digər ölkələr
21 Sentyabr , 2017 04:08
Tayvanda atışma olub: ölən və yaralananlar var

Bakı. 21 senyabr. REPORT.AZ/ Tayvanın Sinbey şəhərində baş vermiş atışma zamanı 1 nəfər öldürülüb, daha 5 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə təntənəli mərasimin keçirildiyi məbəddə baş verib. Məbədə gözlənilmədən daxil olan silahlı şəxs 6 nəfəri güllələyib.

Yaralananlardan 2-nin vəziyyəti ağırdır. Onlardan biri sonradan ölüb.

Polisin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 20 yaşlı Çen silahı ilə birlikdə hüquq-mühafizə orqanlarına könüllü təslim olub.

Son xəbərlər

Orphus sistemi