Yuxarı

Taylandda üzərində 3,2 milyon metamfetamin tableti olan narkotacir saxlanılıb

Taylandda üzərində 3,2 milyon metamfetamin tableti olan narkotacir saxlanılıb
© РИА Новости

Bakı. 4 avqust. REPORT.AZ/ Taylandın hüquq-mühafizə orqanlarının saxladığı narkotik tacirindən 3,2 milyon metamfetamin tableti, eləcə də bu maddənin 560 kq həcmində kristallaşmış variantı aşkar edilərək müsadirə edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, əməliyyat ölkənin şimalındakı Çianqray əyalətində keçirilib.

Polisin diqqətini iki yük maşınının hüquq-mühafizə orqanlarının dayanmaqla bağlı tələbini icra etmədən yüksək sürətlə nəzarət buraxılış məntəqəsindən keçməsi cəlb edib. Polis təqibindən sonra avtomobillərdən birinin sürücüsü qəzaya uğrayıb və saxlanılıb. İkinci şübhəli şəxs nəqliyyat vasitəsini yolun kənarına ataraq meşədə gizlənib.

Müayinə zamanı hüquq-mühafizə orqanları əməkdaşları qadağan olunmuş maddələr aşkar edib və müsadirə ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi