Taylandda uşaqların mağaradan xilası üzrə əməliyyat başa çatıb - YENİLƏNİB

Taylandda uşaqların mağaradan xilası üzrə əməliyyat başa çatıb - YENİLƏNİB Məşqçi ilə 12 yeniyetmə iyunun 23-dən mağarada qalıblar
Digər ölkələr
10 İyul , 2018 15:13
Taylandda uşaqların mağaradan xilası üzrə əməliyyat başa çatıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ Taylandda su basmış mağaradan uşaqların xilas edilməsi üzrə əməliyyat başa çatıb, on ikinci uşaq və məşqçi mağaradan çıxarılıb.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bütün zərərçəkənlər Çianqray Şəhər Xəstəxanasına gətirilib. Burada onlar bir neçə gün reabilitasiyadan keçəcəklər.


*** 9:45

Bakı. 10 iyul. REPORT.AZ/ Tailandda uşaqların mağaradan təxliyyəsinin üçüncü fazası başlayıb. 

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu ölkənin Birləşmiş Qərargahının rəhbəri Naronqsak Osotthanakon bildirib.

Onun sözlərinə görə, əməliyyatın üçüncü fazasının məqsədi 5 uşağın və onları tapan andan mağarada uşaqlarla bir yerdə qalan 4 hərbçinin çıxarılmasıdır.

Xatırladaq ki, 11-16 yaşlı 12 uşaq və 25 yaşlı futbol məşqçisi dağ parkında yerləşən mağaraya gedib. Leysan yağdığına görə mağaranın girişini su basıb və onlar oradan çıxa bilməyiblər.

Son xəbərlər

Orphus sistemi