Taylandda baş verən partlayışda on nəfər yaralandı

Taylandda baş verən partlayışda on nəfər yaralandı Taylandın cənubunda motosikletə quraşdırılmış bombanın partladılması nəticəsində azı 10 nəfər yaralanıb.
Digər ölkələr
25 Fevral , 2020 07:40
Taylandda baş verən partlayışda on nəfər yaralandı

Taylandın cənubunda motosikletə quraşdırılmış bombanın partladılması nəticəsində azı 10 nəfər yaralanıb.

“Report” RİA “Novosti” yə istinadən xəbər verir ki, bu barədə yerli “Bangkok post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, partlayış Sonqkhla əyalətində baş verib. 

Belə ki, motosikletə quraşdırılmış partlayıcı qurğu əyalət başçısının köməkçisi Saba Yoy Çetsadakron Siçanın olduğu avtomobilin motosikletin yanından keçən zamanı işə salınıb.

Nəticədə köməkçi, könüllü polislər, üç tələbə və üç mülki şəxs yaralanıb.

Partlayışdan sonra dəqiq sayı bilinməyən silahlı şəxslər yaralılara atəş açıblar. Atışmadan sonra yaraqlılar hadisə yerindən qaçmağı bacarıblar.

Son xəbərlər

Orphus sistemi