Tarixi Yaddaş Mərkəzi: Kolumbiyada partizanların 60 illik fəaliyyəti dövründə 260 min insan həlak olub

Tarixi Yaddaş Mərkəzi: Kolumbiyada partizanların 60 illik fəaliyyəti dövründə 260 min insan həlak olub Bakı. 3 avqust. REPORT.AZ/ Kolumbiyada partizanların 60 illik fəaliyyəti dövründə yüz minlərlə insan həlak olub.
Digər ölkələr
3 Avqust , 2018 06:55
Tarixi Yaddaş Mərkəzi: Kolumbiyada partizanların 60 illik fəaliyyəti dövründə 260 min insan həlak olub

Bakı. 3 avqust. REPORT.AZ/ Kolumbiyada partizanların 60 illik fəaliyyəti dövründə yüz minlərlə insan həlak olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Tarixi Yaddaş Mərkəzinin yaydığı məruzədə bildirilir.

Qeyd edilir ki, insanlar qətllərin, kütləvi qətliamların, terror hücumlarının qurbanı olublar. Ekspertlərin yüzlərlə institutun köməyi ilə tapıntıları və 10-dan çox sənədə əsasən xülasəsi ölkədə 60 illik zorakılıq hadisələrində 260 min insanın həlak olduğunu göstərir.

Məruzədə qeyd edilir ki, bu dövrdə itkin düşən 80 min insandan xəbər yoxdur. Həyatını itirən 260 min insandan 37 min nəfəri qaçırılıb.  

Son xəbərlər

Orphus sistemi