Yuxarı

Tanzaniyada yanacaq daşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb

​Tanzaniyada yanacaq daşıyan avtomobilin partlaması nəticəsində ölənlə

Tanzaniyada yanacaq daşıyan avtomobilin partlaması nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə həkimlər “Mwananchi” nəşrinə məlumat veriblər. Qeyd olunub ki, hazırda xəsarət almış 20 nəfər xəstəxanada müalicə edilir.

Qeyd edək ki, hadisə Moroqoro şəhərində baş verib. Şahidlərin sözlərinə görə, avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsinin motosikletlə toqquşmasının qarşısını almaq istəyib. Nəticədə yanacaq daşıyan avtomobil aşıb.

Bir çox vətəndaşlar benzini toplayan zaman ölüb. Ölkə prezidenti Con Maqufuli hadisə ilə bağlı ölkədə 3 günlük matəm elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi