​Taliblər sülh danışıqlarına razılıq veriblər

​Taliblər sülh danışıqlarına razılıq veriblər Görüş gələn həftəyə təyin olunub
Digər ölkələr
8 Yanvar , 2016 00:23
​Taliblər sülh danışıqlarına razılıq veriblər

Bakı. 8 yanvar. REPORT.AZ/ "Taliban" terror hərəkatının bəzi qruplaşmaları Əfqanıstan və Pakistan nümayəndələrinin gələn həftədən başlatmaq istədikləri sülh prosesində iştirak etməyi planlaşdırırlar.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, eyni zamanda, taliblər hətta öz nümayəndələrini göndərsələr belə, bu bütün hərəkatın deyil, ayrı-ayrı qrupların mövqeyini əks etdirəcək.

Taliblərin komandirlərindən biri bəyan edib ki, hazırda danışıqlara hazırlıq gedir və görüşdə iştirak edəcək namizədlər seçilir.

Əfqan məmurlarının bildirdiyinə görə, görüşlərin qrafikinə taliblərin iştirakı daxil deyil, lakin onlar qrupların müəyyən mərhələdə danışıqlara qoşulma ehtimalını istisna etmirlər.

Əfqanıstan və Pakistan yanvarın 11-də iki ölkə arasında sülhün bərqərar olunması ilə bağlı danışıqlar aparmaq niyyətindədir. Kompleks sülh planının hazırlanması üçün nəzərdə tutulan dialoqun yeni mərhələsində Əfqanıstan, Pakistan, ABŞ və Çin iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi