​ABŞ Pakistanda "Taliban"ın mövqelərinə zərbə endirib, 6 nəfər ölüb

​ABŞ Pakistanda "Taliban"ın mövqelərinə zərbə endirib, 6 nəfər ölüb 2014-cü ilin yazından 1200 terrorçu öldürülüb
Digər ölkələr
5 Yanvar , 2015 04:46
​ABŞ Pakistanda Talibanın mövqelərinə zərbə endirib, 6 nəfər ölüb
Bakı. 5 yanvar. REPORT.AZ/ Ötən gün ABŞ-ın pilotsuz təyyarələri Pakistanda "Taliban"ın mövqelərinə iki raket zərbəsi endirib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik qüvvələri məlumat yayıblar.

Hava zərbələri nəticəsində ən azı 6 terrorçu zərərsizləşdirilib.

2014-cü ilin yazında Şimali Vəziristanda taliblərə qarşı hücum əməliyyatlarının başladığı vaxtdan bu günə qədər 1200 silahlı qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi