Yuxarı

"Taliban"ın vilayət komandirlərindən biri və cangüdənləri ölüb

"Taliban"ın vilayət komandirlərindən biri və cangüdənləri ölüb
Buna səbəb onların yola quraşdırmaq istədikləri şəxsi minalarının vaxtından əvvəl partlaması olub

Bakı. 3 yanvar. REPORT.AZ/ Əfqanıstanın şimalında baş vermiş partlayış nəticəsində "Taliban" hərəkatının Təxar vilayəti üzrə komandiri və iki cangüdəni ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, buna səbəb yaraqlıların Aşkamiş rayonunda yola quraşdırmaq istədikləri şəxsi minalarının vaxtından əvvəl partlaması olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi