Yuxarı

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 20 nəfər ölüb, 23-ü yaralanıb

“Taliban”ın hücumu 20 nəfərin ölümünə səbəb oldu

Bakı. 1 yanvar. REPORT.AZ/ Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 20 nəfər asayiş keşikçisi ölüb, 23-ü yaralanıb. 

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Səyyad qəzasında qeydə alınıb. 

Sar-i Pul əyaləti valiliyinin sözçüsü Zəbihullah Amani taliblərin üç istiqamətdən hücum təşkil etdiklərini bildirib. 

O, “Taliban” yaraqlılarının da hücum zamanı itki verdiyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi