​"Taliban" hərəkatının yeni liderinin adı açıqlanıb

​"Taliban" hərəkatının yeni liderinin adı açıqlanıb 2013-cü ildə öldürülən hərəkat lideri Molla Ömərin oğlu onun müavinlərindən biri olub
Digər ölkələr
25 May , 2016 10:11
​Taliban hərəkatının yeni liderinin adı açıqlanıb

Bakı. 25 may. REPORT.AZ/ Əfqanıstanın "Taliban" hərəkatının yeni liderinin adı açıqlanıb. 

"Report" Əfqanıstanın "Khaama Press" agentliyinə istinadən xəbər verir ki, Mövləvi Heybətulla Axundzadə hərəkatın yeni lideri olub. 

Məlumata görə, hərəkatın liderliyinə bir neçə nəfər iddia edirmiş. Onların arasında Siracuddin Hakkani və bu terrorçu qruplaşmanın 2013-cü ildə öldürülən yaradıcısı və lideri Molla Ömərin oğlu Molla Yaqub da olub. Onlar Mövləvi Heybətullah Axundzadənin müavinləri təyin ediliblər.

Qeyd edək ki, bu il mayın 21-də qruplaşmanın başçısı Əxtər Mansur pilotsuz uçan aparatlar vasitəsi ilə Pakistan ərazisində öldürülüb.

Xatırladaq ki, "Taliban" hərəkatı 1994-cü ildə yaradılıb. 2003-cü ildə BMT-nin Təhlükəsizlik Şurası onu terrorçu qruplaşma elan edib.

Son xəbərlər

Orphus sistemi