Bakı. 27 avqust. REPORT.AZ/ ABŞ ordusunun aralıqsız hava zərbələrinə baxmayaraq Taliban döyüşüçüləri Əfqanıstanın Helmand əyalətində strateji əhəmiyyətə malik olan Musa Qala şəhərini ələ keçirə biliblər.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu şəhər bir vaxtlar NATO qüvvələrinin nəzarət etdiyi mühüm rayon olub.
Helmand vilayətində Navzad şəhərinə də nəzarət edən Taliban hücumlarını davam etdirir.
Qeyd edək ki, ötən şənbə günü ABŞ qüvvələrinin hava zərbələri nəticəsində 40-dək talıban üzvü həlak olub. Lakin yenidən qruplaşa bilən Taliban döyüşçüləri hökumət qüvvələri üzərinə həmlələrini davam etdirərək rayonu ələ keçirməyə müvəffəq olublar.