"Taliban" Əfqanıstanda İŞİD-ə müharibə elan edib

"Taliban" Əfqanıstanda İŞİD-ə müharibə elan edib Bakı. 2 aprel. REPORT.AZ/ Əfqanıstanın radikal Taliban hərəkatı İŞİD terror qruplaşmasına müharibə elan edib.
Digər ölkələr
2 Aprel , 2018 14:48
Taliban Əfqanıstanda İŞİD-ə müharibə elan edib
AFP/ Noorullah Shirzada

Bakı. 2 aprel. REPORT.AZ/ Əfqanıstanın radikal "Taliban" hərəkatı İŞİD terror qruplaşmasına müharibə elan edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, hərəkatın yaydığı bəyanatda İŞİD-in Əfqanıstanda sünnilər, şiələr və ismaililərin birliyini pozan, İslamı dünyada gözdən salan, kin və nifaq toxumları səpən dindən üzdöndərənlərin, qəddar dinsizlərin və muzdluların qruplaşması olduğu deyilir.

"Taliban" hərəkətı bəyanatında tərəfdaşlarını Əfqanıstanın bütün nöqtələrində İŞİD-çilərə layiqli cavab verməyə və mücahidlərin qisasını almağa çağırıb.

Qeyd edək ki, İŞİD terrorçuları Cauzcan vilayətinin Darzab mahalında 20 əsir mücahidin başını kəsiblər.

Son xəbərlər

Orphus sistemi