​"Taliban" Əfqanıstanda bankda partlayış törədib: azı 10 nəfər ölüb

​"Taliban" Əfqanıstanda bankda partlayış törədib: azı 10 nəfər ölüb Hərbçilərlə yaraqlılar arasında atışma davam edir
Digər ölkələr
17 Dekabr , 2014 12:36
​Taliban Əfqanıstanda bankda partlayış törədib: azı 10 nəfər ölüb

Bakı. 17 dekabr. REPORT.AZ/ “Taliban” yaraqlıları Əfqanıstanın Helmənd bölgəsindəki bank şöbəsinə basqın edib. “Report” "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, basqın nəticəsində çoxlu sayda adam girov götürülüb.

Helmənd valiliyinin sözçüsü Ömər Zvalk bildirib ki, üzərində bomba olan yaraqlılar əyalətin mərkəzi Laşkergahdakı bir banka basqın edərək, onlarla adamı girov götürüblər. Hadisə yerində olan sözçü deyib ki, iki intiharçı üzərindəki bombanı partladıb.

Onun sözlərinə görə, Əfqanıstan hərbçiləri ilə “Taliban” yaraqlıları arasında atışma davam edir.

Hadisə nəticəsində ölən və yaralananların sayı hələ bilinmir.

Əfqanıstan Nazirlər Kabinetinin başçısı Abdulla  ölkə paytaxtı Kabulda keçirdiyi mətbuat konfransında Helmənddə 10 nəfərin öldüyünü deyib.

Son xəbərlər

Orphus sistemi