Yuxarı

"Taliban"çılar Əfqanıstanda polis məntəqəsinə hücum edib, ölənlər var

"Taliban"çılar Əfqanıstanda polis məntəqəsinə hücum edib, ölənlər var

"Taliban" hərəkatının silahlıları Əfqanıstanda polis məntəqəsinə hücum ediblər.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, hadisə Feyzabad ərazisində baş verib. Hücum zamanı təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı həlak olub. Onlar arasında polis zabiti də var.

Feyzabad rayonu inzibati dairəsinin rəhbəri Alif Şah jurnalistlərə bildirib ki, silahlıların hücumu Bizdek kəndində baş verib. Onun sözlərinə görə, döyüş 3 saata yaxın davam edib. Hücum zamanı "talib"lər də itki veriblər.

"Taliban" hərəkatı bununla bağlı hər hansı açıqlama verməyib. 

Daha əvvəl Əfqanıstanda İŞİD terror qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi