Bakı. 9 dekabr. REPORT.AZ/ "Taliban" silahlıları Əfqanıstanda hərbi bazaya hücum edib.
Bu barədə "Report"
Xəbərdə bildirilir ki, hadisə Farah vilayətində, Bala Buluk rayonunda olub. Vilayət Şurasının üzvü Dadullah Keynin sözlərinə görə, hücum zamanı 8 əsgər həlak olub, daha 10 nəfər itkin düşüb.
Silahlılar hərbi bazadan silah və döyüş sursatları aparıblar.