Tailandda silahlıların hücumu nəticəsində 2 nəfər ölüb

Tailandda silahlıların hücumu nəticəsində 2 nəfər ölüb Daha iki nəfər yaralanıb
Digər ölkələr
9 Sentyabr , 2018 09:52
Tailandda silahlıların hücumu nəticəsində 2 nəfər ölüb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Şənbə günü Tailandın cənubunda yerləşən Narativat əyalətində yaraqlıların rayon təhsil mərkəzinə hücumu nəticəsində yerli özünümüdafiə qüvvələrinin iki könüllüsü ölüb, daha ikisi yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü Üçüncü milli telekanal məlumat yayıb.

Şənbə günü yaraqlılar mərkəzin mühafizə postunu və könüllülərdən birinin mərkəzə yaxın yerləşən evini atəşə tutublar.

Ev sahibi hadisə yerində ölüb, mühafizə postunda olan daha bir könüllü ağır yaralanıb və xəstəxanada keçinib. Onun postda olan iki yoldaşı güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Yaraqlılar həmçinin mərkəz qarşısında dayanmış minik avtomobilini atəşə tutublar və daha bir maşını yandırıblar.

Son xəbərlər

Orphus sistemi