​Tailandda sərnişin avtobusu qəzaya uğrayıb: 6 ölü, 30 yaralı

​Tailandda sərnişin avtobusu qəzaya uğrayıb: 6 ölü, 30 yaralı Yaralılar xəstəxanalara yerləşdirilib
Digər ölkələr
5 Avqust , 2016 08:45
​Tailandda sərnişin avtobusu qəzaya uğrayıb: 6 ölü, 30 yaralı

Bakı. 5 avqust. REPORT.AZ/ Tailandın şimal-şərqində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Thai PBS" telekanalı məlumat yayıb.

Məlumata görə, qəza dünən gecə Nakxonratçasima əyalətində baş verib. Güclü yağış zamanı hərəkət edən avtobus qarşıdan gələn yük avtomobilinin yoluna çıxıb.

Avtomobillərin toqquşması zamanı avtobusun sürücüsü də həlak olub.

Yaralılar xəstəxanalara yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi