Tailandda qayıq gəmiyə çırpılıb, 30 nəfər xəsarət alıb

Tailandda qayıq gəmiyə çırpılıb, 30 nəfər xəsarət alıb Zərərçəkənlər arasında turistlər də var
Digər ölkələr
5 İyun , 2016 08:13
Tailandda qayıq gəmiyə çırpılıb, 30 nəfər xəsarət alıb

Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Tailandın Samet adası yaxınlığında sürətli qayığın başqa bir gəmi ilə toqquşması nəticəsində turistlər də daxil olmaqla, ən azı 30 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Bangkok Post" nəşri yazıb.

Nəşrin məlumatına görə, sürətli qayıq sahildən bir km aralıda lövbər salmış yük gəmisi ilə toqquşub.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onların vətənaşlığı açıqlanmır.

Son xəbərlər

Orphus sistemi