Tailandda bazar günü 2011-ci ildən bu yana ilk parlament seçkiləri üzrə səsverməyə start verilib.
“Report” TASS-a istinadən xəbər verir ki, seçki məntəqələri yerli vaxtla 17:00-dək işləyəcək.
Seçkilərdə əsas 4 partiya və 2,8 mindən çox namizəd mübarizə aparır. Tailandda 51,4 mln. nəfərin səsvermə hüququ var.