​Tailandda otelin uçması nəticəsində 1 turist ölüb, 7 nəfər dağıntılar altında qalıb

​Tailandda otelin uçması nəticəsində 1 turist ölüb, 7 nəfər dağıntılar altında qalıb Hadisə leysan yağışları nəticəsində baş verib
Digər ölkələr
4 İyun , 2016 08:10
​Tailandda otelin uçması nəticəsində 1 turist ölüb, 7 nəfər dağıntılar altında qalıb

Bakı. 4 iyun. REPORT.AZ/ Bu gün Tailandın Trat əyalətinin Çanq adasında ikimərtəbəli otelin uçması nəticəsində 1 turist ölüb, 7 nəfər dağıntılar altında qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

"Dağıntılar altında qalanlar arasında iki yaşlı uşaq da var", - deyə polisdən bildiriblər.

İlkin məlumatlara görə, dörd nömrədən ibarət mehmanxananın uçmasına güclü leysan yağışlar səbəb olub. Hadisə yerinə xilasedicilər cəlb olunub. Zərərçəkənlərin milliyəti barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi