Tailandda 80-dən çox insan daşqınların qurbanı olub

Tailandda 80-dən çox insan daşqınların qurbanı olub Ayın əvvəllərindən davam edən daşqınlar nəticəsində daha 4 nəfər itkin düşüb
Digər ölkələr
21 Yanvar , 2017 08:15
Tailandda 80-dən çox insan daşqınların qurbanı olub

Bakı. 21 yanvar. REPORT.AZ/ Tailandın cənubunda güclü daşqınlar zamanı ölənlərin sayı 80 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "TASS" agentliyi ölkənin Fövqəladə Halların Aradan Qaldırılması üzrə Departamenti məlumat yayıb.

Məlumata görə, ayın əvvəllərindən davam edən daşqınlar nəticəsində daha 4 nəfər itkin düşüb. Təbii fəlakətə səbəb yağıntıların həcminin həddən çox olmasıdır.

Sinoptiklər ölkənin cənubundakı 7 vilayətdə növbəti yağıntılar barəsində xəbərdarlıq edirlər. Siam körfəzində güclü dalğalar gözlənildiyindən kiçik gəmilərin sahiblərinə sahildə qalmaq məsləhət görülüb.

Daşqınlar həmçinin ölkəyə külli miqdarda zərər vurub. Bəzi məlumatlara görə, dəyən ziyan 2,8 milyard dollardır.

Son xəbərlər

Orphus sistemi