Tailand "Red Bull" şirkətinin qurucusunun nəvəsini beynəlxalq axtarışa verib

Tailand "Red Bull" şirkətinin qurucusunun nəvəsini beynəlxalq axtarışa verib O, 2012-ci ilin sentyabr ayında idarə etdiyi "Ferrari" ilə polis çavuşunu ölümcül vurmaqda ittiham olunur
Digər ölkələr
2 May , 2017 13:26
Tailand Red Bull şirkətinin qurucusunun nəvəsini beynəlxalq axtarışa verib
AP

Bakı. 2 may. REPORT.AZ/ İnterpolun Tailand Milli Mərkəzi Bürosu "Red Bull" şirkətinin qurucusu, 2012-ci ildə vəfat edən Çaleo Yuvitthayyanın nəvəsi Vorayut Yuvitthayyanı beynəlxalq axtarışa verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, 2012-ci ilin sentyabr ayında idarə etdiyi "Ferrari" ilə polis çavuşunu ölümcül vurmaqda və hadisə yerindən qaçmaqda ittiham olunur.

5 milyard dollarlıq sərvətin varisi olan Vorayut aprelin 28-də keçirilən məhkəmə dinləmələrinə də qatılmadığından məhkəmə polisə onun həbsi barədə order verib.

Məlumata görə, Tailand Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi Vorayut Yuvitthayyanın daha çox getdiyi ölkələrə ekstradisiya ilə bağlı sorğu göndərməyə hazırlaşır. İstintaq onun hazırda Böyük Britaniyada ola biləcəyini düşünür və ilk sorğu da məhz Birləşmiş Krallığa göndəriləcək.

Son xəbərlər

Orphus sistemi