Yuxarı

Tacikistanla Qırğız Respublikası sərhədində vəziyyət yenə gərginləşib

Tacikistanla Qırğızıstan sərhədində vəziyyət yenə gərginləşib

Tacikistanla Qırğız Respublikası arasındakı sərhəddə atışma olub, bir qırğız sərhədçisi yaralanıb.

“Report” bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.

“Dövlət Sərhəd Xidməti başçısının və Batken vilayəti qubernatorunun iştirakı ilə sakinlərlə görüş zamanı Tacikistan tərəfindən Qırğız Respublikası vətəndaşlarına doğru iki atəş açılıb”, - Qırğız Respublikasının Dövlət Sərhəd Xidmətindən verilən məlumatda bildirilir.

Digər tərəfdən, AFP xəbər verir ki, Tacikistan Sərhəd Xidməti rəsmilərinin verdiyi məlumata əsasən, tacik kəndliləri öz bayraqlarını qaldırarkən qırğız tərəfindən buna qarşı atəş açılıb, nəticədə tacik kəndinin 52 yaşlı sakini güllə yarasından dünyasını dəyişib. Tacikistan rəsmi informasiya agentliyinin yaydığı məlumata görə, qırğız vətəndaşları daş atmaqla yanaşı, odlu silah da tətbiq ediblər.

Xatırladaq ki, ötən gün həmin ərazidə Tacikistana məxsus Vorux kənd sakinlərinin öz dövlət bayraqlarını qaldırmaq istəyərkən vəziyyət gərginləşib, ov tüfənglərindən atəş açılıb. Həmin bölgədə dövlət sərhədi demarkasiya olunmadığından son illər mütəmadi olaraq gərginlik mənbəyinə çevrildiyi bildirilir.

Qeyd edək ki, həftənin sonunda Tacikistanın sərhədyanı İsfərə şəhərində iki ölkə prezidentləri arasında danışıqlar gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi