Tacikistanda cəzaçəkmə müəssisəsində baş verən üsyanda 32 nəfər ölüb

Tacikistanda cəzaçəkmə müəssisəsində baş verən üsyanda 32 nəfər ölüb Tacikistanın qərbindəki Vəhdət şəhərində yerləşən ciddi rejimli cəzaçəkmə müəssisəsində dünən gecə üsyan baş qaldırıb.
Digər ölkələr
20 May , 2019 11:50
Tacikistanda cəzaçəkmə müəssisəsində baş verən üsyanda 32 nəfər ölüb

Tacikistanın qərbindəki Vəhdət şəhərində yerləşən ciddi rejimli cəzaçəkmə müəssisəsində dünən gecə üsyan baş qaldırıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, üsyan zamanı 32 nəfər - 29 məhkum və 3 nəzarətçi ölüb.

Nazirlikdən qeyd ediblər ki, cəzaçəkmə müəssisəsində üsyanın təşkilatçıları İŞİD terror qruplaşmasının tərəfdarları olub. Məlumatda üsyana bilavasitə Bəhruz Qulmorad, Qulov Fəxrəddin, Şaripov Maxmadullo və Həsənov Ruhullo rəhbərlik ediblər. 

Vurğulanıb ki, Qulmorad İŞİD sıralarına qoşulmuş və sonradan Suriyada öldürülmüş Tacikistanın xüsusu təyinatlı mobil dəstəsinin sabiq polkovniki Qulmorad Həlimin oğludur.

Qeyd edək ki, Vəhdət paytaxt Düşənbə şəhərindən 15 km cənub-şərqdə yerləşir. Hadisənin baş verdiyi cəzaçəkmə müəssisəsində isə təxminən 1500 məhkum saxlanılır.

Son xəbərlər

Orphus sistemi