Tacikistan parlamentinin aşağı palatasına seçkilər keçirilir

Tacikistan parlamentinin aşağı palatasına seçkilər keçirilir Aşağı palata 63 deputatdan formalaşdırılır və onların 41-i majoritar, 22-si isə proporsional siyahı üzrə seçilir
Digər ölkələr
1 Mart , 2015 02:19
Tacikistan parlamentinin aşağı palatasına seçkilər keçirilir

Bakı. 1 Mart. REPORT.AZ/ Bu gün Tacikistan parlamentinin aşağı palatasına seçkilər günüdür.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, 63 deputat yeri uğrunda mübarizədə prezident Emomoli Rahmonun liderliyindəki hakim Xalq-Demokrat Partiyası favorit hesab olunur.

Tacikistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, maksimal şəffaflığı təmin etmək məqsədi ilə səsvermənin gedişini MDB, ATƏT, Şanxay Əməkdaşlıq Təşkilatı, həmçinin dünyanın müxtəlif ölkələrindən dəvət olunan 500-dən çox beynəlxalq müşahidəçi izləyəcək.

Qeyd edək ki, Tacikistanda parlamentin aşağı palatası 63 deputatdan formalaşdırılır və onların 41-i majoritar, 22-si isə proporsional siyahı üzrə seçilir.

Son xəbərlər

Orphus sistemi