Suriyaya dair danışıqların növbəti raundu nəticəsiz başa çatıb

Suriyaya dair danışıqların növbəti raundu nəticəsiz başa çatıb Staffan de Mistura: "Hələlik nəticə əldə etməyə müvəffəq olmamışıq"
Digər ölkələr
1 Aprel , 2017 04:38
Suriyaya dair danışıqların növbəti raundu nəticəsiz başa çatıb
Courtesy İmage

Bakı. 1 aprel. REPORT.AZ/ "Biz hələlik nəticə əldə etməyə müvəffəq olmamışıq".

"Report" BMT Radiosuna istinadən xəbər verir ki, bu sözləri Cenevrədə jurnalistlərə açıqlamasında BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura deyib.

O, bildirib ki, Suriyaya dair danışıqların növbəti raundu başa çatıb. BMT rəsmisinin sözlərinə görə, danışıqlar ciddi olub və işin mahiyyəti üzrə məsələlərə toxunulub, amma sülh yolunda hələ bir çox maneələr var.

"Heç kim, o cümlədən, mən qarşımızda hələ çoxlu maneənin olduğunu inkar edə bilmərik. Mən bizim tezliklə sülh razılaşmasına nail olacağımızı düşünmürəm. İstənilən danışıqlar birbaşa sülh danışıqları başlayana qədər problem kütləsi ilə müşayiət olunur. Biz hələlik nəticə əldə edə bilməmişik", - deyə o qeyd edib.

Staffan de Mistura istefası ilə bağlı şayiələri də təkzib edib və bildirib ki, bütün tərəflər danışıqların növbəti raundu üçün Cenevrəyə qayıtmağa hazırdır. Lakin onun tarix hələlik məlum deyil.

O, həmçinin Suriyada hərbi toqquşmalarla bağlı narahatlığını da bildirib. BMT rəsmisi Rusiya, Türkiyə və İranı bu ölkədə atəşkəs rejiminin bərpa olunması üçün əllərindən gələni etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi