Bakı. 15 iyun. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri "İslam Dövləti" (İŞİD) terrorçu qruplaşmasının Suriyanın şimalındakı 17 mövqeyinə artilleriya zərbələri endiriblər.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, İŞİD terrorçuları Suriyanın şimalından Türkiyə ərazisinə hücum etməyi planlaşdırırmış.
Əməliyyata ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri də havadan dəstək veriblər.
Nəticədə 10 terrorçu məhv edilib.