Suriyanın şimalında 24 İŞİD terrorçusu öldürülüb

Suriyanın şimalında 24 İŞİD terrorçusu öldürülüb Terrorçuların 2 minaatan mövqeyi də məhv edilib
Digər ölkələr
7 Noyabr , 2016 01:20
Suriyanın şimalında 24 İŞİD terrorçusu öldürülüb

Bakı. 7 noyabr. REPORT.AZ/ Beynəlxalq koalisiya qüvvələri Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatı çərçivəsində aviareyd keçirib. 

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, aviareyd zamanı Şudud və Numan rayonlarında İŞİD-in 24 silahlısı öldürülüb. Əməliyyat zamanı həmçinin terrorçuların 2 minaatan mövqeyi də məhv edilib. 

Ümumilikdə terrorçuların 30 obyektinə zərbələr endirib. 

Nəticədə Suriya müxaliflərinə məxsus xüsusi hərbi birləşmələr Şudud yaşayış məntəqəsinə nəzarəti ələ keçiriblər.

Qeyd edək ki, "Fərat qalxanı" əməliyyatı Suriyanın şimalında avqustun 24-dən, Türkiyə Hərbi Hava Qüvvələrinin dəstəyi ilə keçirilir. 

Son xəbərlər

Orphus sistemi