​Suriyanın mühasirədə olan 5 şəhərinə humanitar yardım göndərilib

​Suriyanın mühasirədə olan 5 şəhərinə humanitar yardım göndərilib Yardım 93 min nəfər üçün nəzərdə tutulub
Digər ölkələr
18 Fevral , 2016 07:55
​Suriyanın mühasirədə olan 5 şəhərinə humanitar yardım göndərilib

Bakı. 18 fevral. REPORT.AZ/ BMT Suriyanın hökumət qüvvələrinin mühasirəsində olan 5 şəhərinə həyati əhəmiyyətli əşya və qida məhsulları göndərib.

"Report" AFP-yə istinadən xəbər verir ki, yardıma su, qida məhsulları, tibb preparatları, vaksinlər və gigiyena əşyaları daxildir.

BMT nümayəndəsinin sözlərinə görə, yardım 93 min nəfər üçün nəzərdə tutulub.

Suriyanın mühasirədə olan şəhərlərinə yardımın göndərilməsi barədə razılıq Suriyaya Dəstək Beynəlxalq Qrupunun fevralın 12-də Münhendə keçirilən görüşü zamanı əldə olunub.

BMT-nin məlumatına görə, Suriyada 400 min insan təcili humanitar yardıma ehtiyac duyur.

Son xəbərlər

Orphus sistemi