Suriyanın Həma şəhərində partlayış olub, ölənlər var

Suriyanın Həma şəhərində partlayış olub, ölənlər var Terrorçu-kamikadze özünü şəhərin mərkəzindəki Assi meydanında partladıb
Digər ölkələr
3 Oktyabr , 2016 16:06
Suriyanın Həma şəhərində partlayış olub, ölənlər var

Bakı. 3 oktyabr. REPORT.AZ/ Suriyanın Həma şəhərinin mərkəzi meydanında terrorçu-kamikadze özünü partladıb.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, hadisə nəticəsində dinc əhali arasında ölən və yaralananlar var.

Yerli polisin məlumatına görə, üzərində intihar kəməri olan terrorçu-kamikadze özünü şəhərin mərkəzindəki Assi meydanında partladıb. 

"Ölən və yaralananlar var, onların sayı müəyyənləşdirilir" - polisdən bildirilib.

Suriya televiziyası isə terror hücumu zamanı iki partlayış olduğunu xəbər verib. İkinci partlayış Əl-Kabir rayonuna girişdə baş verib.

Qeyd edək ki, Həma Suriyanın dördüncü böyük şəhəridir. Hazırda şəhərə hökumət qoşunları tərəfindən nəzarət edilir.

Son xəbərlər

Orphus sistemi